“Ermənistan 2022-ci il üçün iqtisadi artım indeksini təmin edə bilməyəcək” - Parsyan

“Ermənistan 2022-ci il üçün iqtisadi artım indeksini təmin edə bilməyəcək” - Parsyan<span class="qirmizi"></span>

“Bu gün Gürcüstanın Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar Yuxarı Lars yolunun bağlandığını açıqlayıb”. Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan bildirib.

“Müxtəlif məlumatlara görə, yolun təmiri 1-2 həftə çəkə bilər. Bu dövr kənd təsərrüfatı məhsullarının ixracının ən aktiv dövrüdür, hətta bir neçə gün belə ixracatçılara, fermerlərə böyük ziyan vuracaq, çünki məhsul ağacda və ya soyuducuda o qədər gözləyə bilməz. Yuxarı Lars keçid məntəqəsinin bağlanması, dolların devalvasiyası və yanacağın bahalaşması səbəbindən ixracatçılar may-iyun aylarında artıq böyük itkilərə məruz qalıb: onlar müflis olacaqlar və onlarla birlikdə minlərlə təsərrüfat da müflis olacaq. Buna görə də Ermənistan hökuməti təcili olaraq bütün region ölkələri ilə alternativ müvəqqəti marşrutun açılması üçün danışıqlara başlamalıdır. P.S. Ermənistan hökuməti kənd təsərrüfatı məhsullarını ixrac edə bilməsə, 2022-ci il üçün iqtisadi artım indeksini təmin edə bilməyəcək”, - deyə o qeyd edib.
 

 

Mənbə: ordu.az