G7 Rusiya neftinin maksimum qiymətini azaltmaq istəyir

“Böyük yeddilik” (G7) ölkələri Rusiya neftinin maksimum qiymətini iki dəfə azaltmağı planlaşdırır.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida açıqlama verib.

“Biz yuxarı həddi cari qiymətin təxminən yarısı səviyyəsində təyin edəcəyik və onu daha baha qiymətə almağa imkan verməyən mexanizm yaradacağıq”, - deyə o qeyd edib.

Daha əvvəl G7-də qiymətin yuxarı həddinin “beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrin” nəticələrinə görə razılaşdırılacağı bildirilmişdi. Rusiya nefti limitdən yuxarı qiymətə satılarsa, onun daşınması üzrə bütün xidmətlərin qadağan edilməsi variantı nəzərdən keçirilir.

Mənbə: Ekonomiçeskaya pravda

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

MİT Xanım Dəmiri məhv etdi

SONRAKI XƏBƏR

“Ermənistan 2022-ci il üçün iqtisadi artım indeksini təmin edə bilməyəcək” - Parsyan