Gürcüstan buğda və arpa ixracına qadağa bugündən qüvvəyə minib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Qadağa 2023-cü ilin iyul ayına qədər qüvvədə olacaq. Hakimiyyət bu qərarı ölkənin aktual ehtiyaclarını nəzərə alaraq qəbul edib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstan ildə 650 min tona qədər buğda istehlak edir və ehtiyaclarının yalnız 15%-ni özü təmin edir. İdxalın 90%-dən çoxu isə Rusiyanın payına düşür.