Gürcüstan buğdanın ölkədən ixracına qadağa qoydu

Gürcüstan hökumətinin qərarına əsasən, bu gündən etibarən 4 iyul 2023-cü il tarixinədək ölkədən buğda və arpa ixracı qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın yerli KİV-lərində qeyd olunub.

Bir neçə gün əvvəl Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamugia bu qərarın səbəbinin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu açıqlamışdı.

Nazirin sözlərinə görə, yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

"Ukraynaya ağ bayraq lazım deyil, silah lazımdır"

SONRAKI XƏBƏR

Gürcüstanda turizm sektorunun birillik vergi borcu silinib