Almaniyada Rusiya qazına alternativ TAPILDI - FOTOLAR

Almaniyada Rusiya qazına alternativ  TAPILDI - FOTOLAR<span class="qirmizi"></span>

Rusiya qazına alternativ həll yolları axtaran Almaniyada nəhəng “termos qülləsi” tikilir.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 56 milyon litr suyu 13 saat isti saxlaya bilən nəhəng binanın Berlin sakinlərinin istilik və isti su ehtiyaclarını qarşılaması planlaşdırılır.

Berlində Şpre çayının sahilində inşa edilən 45 metr hündürlüyündəki tikili günəş və külək enerjisi ilə qaynama nöqtəsinə yaxın qızdırılan 56 milyon litr su tutmaq gücünə malikdir.

Tikilinin diqqət çəkən xüsusiyyəti 13 saat isti saxlaya bilməsidir.

Dəyəri 50 milyon avro olan obyektin istilik gücü 200 meqavat olacaq.

Termos qülləsi Berlinin yayda isti su ehtiyacının böyük hissəsini, qışda isə 10 faizini ödəyə biləcək.

Obyekt ilin sonunda tamamlandıqda, o, Avropanın ən böyük istilik anbarı olacaq.

Oxşar layihə Hollandiyada planlaşdırma mərhələsindədir.

 

Mənbə: manset.az