RİH: Əməkdaşlarımız zar-zor 5 litr benzin tapıblar – Aİ-92 niyə yoxdur?

RİH: Əməkdaşlarımız zar-zor 5 litr benzin tapıblar –  Aİ-92 niyə yoxdur?<span class="qirmizi"></span>

“Tovuz Rayon İcra Hakimiyyəti olaraq benzinlə bağlı yaranan problemdən xəbərdarıq. Özüm də şahidiyəm ki, Tovuz rayonunda dünəndən bəri Aİ-92 markalı benzin yoxdur. Yanacaqdoldurma məntəqələrinin nümayəndələrindən maraqlanmışıq. Dedilər qəza olub, guya zavodda təmir işləri gedir. Demişdilər ki, bu günün sonuna kimi benzin olacaq, ancaq hələ yoxdur. Əməkdaşlarımız zar-zor 5 litr benzin tapıblar”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Tovuz rayon icra başçısının müavini, İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov deyib.

 

İH nümayəndəsi bildirib ki, rayonda 95 markalı benzin olsa da, 92 yoxdur: “Tovuza benzini hərə bir yerdən gətirir. SOCAR da var, Lukoil də. Ancaq heç birində benzin tapılmır”.

 

Aytəkin Qardaşova

Mənbə: pravda.az