Ukraynanın bərpası üçün lazım olan məbləğ açıqlandı

Ukraynanın bərpası planını reallaşdırmaq üçün 750 milyard dollar tələb olunur.

Bu barədə bazar ertəsi Ukraynanın baş naziri Denis Şmıqal Luqanoda (İsveçrə) keçirilən beynəlxalq konfransda bildirib.

“750 milyard dollar dəyərində olan bərpa planının pulunu kim ödəməlidir? Biz hesab edirik ki, Rusiya və rus oliqarxlarının müsadirə edilmiş aktivləri əsas maliyyə mənbəyi olmalıdır”, - o, Ukraynanın bərpası ilə bağlı konfransda çıxış edərkən deyib.

Hökumət başçısının sözlərin görə, Rusiyanın dondurulmuş aktivləri, müxtəlif hesablamalara əsasən, 300 milyard dollardan 500 milyard dollara qədərdir.

“Bəzi ölkələr artıq bu aktivlərin nəinki dondurulması, hətta müsadirə olunması prosesinə başlayıblar. Biz Almaniyaya ilk addımlara görə minnətdarıq. Milli qanunvericiliyi bu istiqamətdə hazırladıqları üçün Kanada və ABŞ-a da minnətdarıq”, - deyə Şmiqal bütün tərəfdaşlardan eyni addımları atılacağına ümid etdiyini vurğulayıb.

Ukraynanın baş naziri bərpa planı üçün ikinci maliyyə mənbəyi kimi beynəlxalq maliyyə təşkilatları və tərəfdaş ölkələrin qrantları və güzəştli kreditlərini göstərib. Onun sözlərinə görə, növbəti mənbələr özəl sektor investisiyaları və özəl şəxslər, korporasiyaların büdcədənkənar töhfələri olmalıdır. Həmçinin, Ukrayna büdcəsinin vəsaitləri də bu işə cəlb edilməlidir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

KİV: "Rusiyadakı məhkumlar Ukraynada döyüşmək üçün "Vaqner" dəstəsinə cəlb olunmağa başlayıb"

SONRAKI XƏBƏR

Rusiyanın sui-qəsd əmrini Şuşada kimlər və necə icra edib?