Ukraynanın Baş naziri: "Ölkənin infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib"

“Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır”.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.

“Biz Ukraynanın elektron xəritəsini yaradırıq, burada müharibənin vurduğu bütün itkiləri qeyd edirik. Bu xəritə daim yenilənir, itkilər dərhal bir neçə tərəfdən qeyd olunur və yoxlanılır. Hökumətin qabaqcıl rəqəmsal alətləri sayəsində və “Diya” veb-tətbiqi ilə Ukraynanın hər bir vətəndaşı öz dağıdılmış evi barədə məlumat təqdim edə bilər. Bazada artıq təxminən 250 min müraciət mövcuddur”, - D.Şmıqal bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“The New York Times”: “Rusiyanın Ukraynadakı strategiyası hələlik özünü doğruldur”

SONRAKI XƏBƏR

Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır