Cənubi Koreyada inflyasiya 24 ilin ən yüksək səviyyəsinə çatıb

Cənubi Koreyada inflyasiya 24 ilin ən yüksək səviyyəsinə çatıb<span class="qirmizi"></span>

Cənubi Koreyada inflyasiya iyun ayında keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, demək olar, 24 ilin ən yüksək səviyyəsinə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin saytında dərc olunan məlumatda qeyd olunub.

Əvvəlki ayla müqayisədə elektrik enerjisinin qiymətləri 0,1 faiz, qazın və digər yanacağın qiymətləri 2,9 faiz bahalaşıb.

İyun ayında ərzaq və yanacaq qiymətləri nəzərə alınmadan baza inflyasiyası keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb.

Mənbə: report.az