Bakı-Quba yolunda yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri - SÖKÜLÜR

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a verilən xəbərdə bildirilib ki, bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur:

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

"Volvo" Rusiyada işçilərini ixtisar edir

SONRAKI XƏBƏR

“Qarabağ”dan ayrıldı, “Zirə”yə keçdi - Rəsmi