Rusiyanın alüminium istehsalçısının səhmləri kəskin bahalaşıb

Rusiyanın alüminium istehsalçısının səhmləri kəskin bahalaşıb<span class="qirmizi"></span>

Rusiyanın alüminium istehsalçısı "Rusal"ın səhmləri çərşənbə axşamı, iyulun 5-də keçirilən ticarətin açılışında 22,58% bahalaşaraq bir səhm üçün 66,495 rubl təşkil edib.

Marja xəbər verir ki, bahalaşmanın səbəbi "Norilsk Nikel" (Nornickel) və "Rusal"ın birləşmək məsələsini yenidən müzakirə etməyə başladıqları barədə xəbərlərdir.

 

"Norilsk Nikel"in prezidenti Vladimir Potanin RBC-yə verdiyi müsahibəsində "Norilsk Nikel" və "UC Rusal"ın birləşmək ideyasına qayıtdıqlarını söyləyib.

"Norilsk Nikel"in səhmləri isə ticarətin əvvəlində 4,69% artaraq bir səhm üçün 17 822 rubla çatıb.

Mənbə: marja.az