KFC restoranlar şəbəkəsi Rusiyadakı biznesini satır

KFC restoranlar şəbəkəsi Rusiyadakı biznesini satır<span class="qirmizi"></span>

KFC restoranlar şəbəkəsinin sahibi "Yum!Brands" şirkəti Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlara başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.

Məlumatda bildirilir ki, şirkət restoranların, əməliyyat sisteminin və franşiza hüququnun təhvil verilməsi ilə bağlı yerli operatorlarla danışıqlar aparır.

Xatırladaq ki, bir müddət əvvəl "McDonald's" şirkəti Rusiyadakı biznesini satmışdı.

Mənbə: az.trend.az