Ermənilərin 7 faizlik ÜDM artımı...

Ermənilərin 7 faizlik ÜDM artımı...<span class="qirmizi"></span>

Əslində, bu elə də real görünmür, amma... mövcud tendensiyalar belə davam edərsə, ilin sonuna qədər Ermənistan dövlət büdcəsinə daxil olan ÜDM-in 7 faizlik artımına nail ola biləcək. Lakin, demək lazımdır ki, bu artım respublikanın iqtisadi potensialının genişlənməsi hesabına deyil, sadəcə olaraq, Rusiya-Ukrayna böhranının “yan təsirləri” hesabına baş verəcək. Təbii ki, bu da ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına heç bir təsir göstərməyəcək.

Maraqlıdır ki, bu Ermənistanda rəyi soruşulan bir neçə iqtisadçının gəldiyi qənaətdir. O da maraqlıdır ki, rəyi soruşulan iqtisadçıların, deyildiyi kimi, əksəriyyəti oxşar fikir səsləndiriblər.

Beləliklə, ermənilərin Statistika Komitəsinin ilkin məlumatlarına görə, 2022-ci ilin yanvar-may aylarında ölkədəki aktivlik guya 10,2 faiz təşkil edib. Deyim ki, Ermənistandakı əksər iqtisadçılar buna inanmaq istəmirlər. İnanlar da, əgər bu artım, doğrudan da, varsa, “...deməli bu xarici amillərlə əlaqəli artımdır”-deyirlər.

Məsələn, İrəvan Dövlət Universitetinin kafedra müdiri Karlen Xaçatryan hesabat dövründə bu artımın əsas təkanverici qüvvəsinin xidmət sektoru olduğunu deyir ki, sonradan bunun da istehlakın artması sayılmadığını etiraf edir.

...Qalanı isə, Ermənistana gələnlərin və Rusiyada işləyən ermənilərin hesabına köçürmələrin sayının artması ilə bağlıdır.

Xaçatryana görə, bu gün Ermənistnda deyilənlərdən fərqli olaraq, sənaye sektorunun artımı son dərəcə cüzidir. Yəni bu artım,.. və əgər buna artım demək olarsa, cəmi 2,7 faiz səviyyəsindədir ki, bu da Ermənistan iqtisadiyyatının məhdud potensialından xəbər verir.

Bəli, doğrudur, bu gün Nikolun İrəvanda öyündüyü tikinti sektoru 11,4 faiz artıb, lakin bu artım da, mütəxəssislərin dediyinə görə, müvəqqəti xarakter daşıyır. Niyə? Çünki 2022-ci il iyulun 1-dən baçlayaraq İrəvanda ipoteka krediti üzrə gəlir vergisinin qaytarılması sisteminin mərhələli şəkildə ləğvinə başlanacaq. Ona görə də, hazırda bəzi tikinti şirkətləri proqram çərçivəsində sonuncu “imkan pəncərəsi”ndən yararlanmağa çalışırlar.

Yenə də, nə bilmək olar, əgər mövcud tendensiyalar davam edərsə, Ermənistan 2022-ci ildə iqtisadi artımı 7,5 faiz səviyyəsində qeyd edə bilər. Lakin Xaçatryan əmindir, bu ancaq xarici amillərin verdiyi “təkan” hesabına reallaşa bilər.

Yəni bu nəticə hökumətin səyləri ilə əldə edilməyəcək.

Bu arada “Alternativ” tədqiqat mərkəzinin rəhbəri, iqtisadçı professor Tatul Manaseryan Ermənistanın, daha doğrusu, onun maliyyə orqanlarının 7 faizlik artımı təmin edə biləcəyinə şübhə edir. Çünki o, əmindir ki, Ermənistan iqtisadiyyatının müsbət tendensiyası...sadəcə olaraq, bu gün ölkəyə gələn “qondarma” qonaqların axını ilə bağlıdır. Yəni əgər, sabah Ermənistana gələn qonaqların sayı azalsa, deməli,.. hər şey sabahda qalacaq.

Maraqlıdır ki, Tatul Manaseryan cari ilin iqtisadi nəticələri ilə bağlı proqnoz verməkdən də çəkinir. Amma polisin illik büdcəsinin elm sektorunun büdcəsindən 6 dəfə çox olan ölkədə iqtisadi potensialın genişlənməsindən, uzunmüddətli artımdan danışmağı məsləhət görmür.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan da hökumət iclasında

2022-ci ilin sonuna kimi Ermənistan dövlət büdcəsinə daxil edilən ÜDM-in 7 faizlik artım tempini təmin edəcəyini bəyan etmişdi. Amma, o da bunu necə edəcəyini deməmişdi.

...Və bu arada ölkə ÜDM-nin inkişafına təkan vermək əvəzinə küçələrə çıxıb Nikolun istefasını tələb edənlər hələ bir Avropa İttifaqını Ermənistanda baş verənlərə qiymət verməyə də çağırış ediblər.

P.S. ...Dünənə qədər Mərkəzi Asiya xalqlarını aşağılayıb, onları həmən yerlərə sonradan köçənlər kimi “tanıtmağa” calışan ermənilər, indi Nikol Paşinyanı Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayevdən nümunə götürməyə çağırıblar. Amma, deyim ki, erməni mədəniyyəti səviyyəsində. Çünki bu millətin xislətindən gəlir,..Siz də erməninin dediklərinə diqqət yetirin: “Düşünürük ki, bizim hökumət Moskva ilə münasibətləri necə qurmağı Mərkəzi Asiya köçərilərindən öyrənməlidir”.

Adətən, belə yerdə... kökdən gəlir, deyirlər, amma görən ermənilərin kökü varmı?

Ağasəf Babayev

Mənbə: sia.az