Almaniya qaz qiymətlərinin artması səbəbindən isti su təchizatını kəsir

Almaniya qaz qiymətlərinin artması səbəbindən isti su təchizatını kəsir<span class="qirmizi"></span>

 

Almaniyada bir sıra ev sahibləri qaz və elektrik enerjisinin qiymətlərinin kəskin artması səbəbindən mənzillərə isti suyun verilməsini azaltmağa başlayıblar.

Bu barədə “Bild” nəşri xəbər verib.

Agentliyin məlumatına görə, Saksoniyanın Dippoldisvalde şəhərindəki 600 mənzildə isti su artıq saat dörddən səhər səkkizə, səhər on birdən günorta birə qədər və axşam beşdən doqquza qədər veriləcək. Kirayəçilərin bu qərardan hiddətləndikləri qeyd edilir.

“Belə bir hal yalnız [İkinci Dünya müharibəsi] müharibədən sonra olmuşdu, nənəmdən eşitmişdim. İndi qızımı necə çimizdirəcəyimi bilmirəm”, - deyə kirayəçilərdən biri narazılığını dilə gətirib.

Mənbə: Lenta.ru

Mənbə: www.oxu.az