Ağ Ev Zmeyinı adasının müdafiəçilərinin şərəfinə kolleksiya sikkəsi buraxıb

 

Ağ Evin Hədiyyə dükanı Rusiyanın Zmeyinı adasını işğalına Ukraynanın müqaviməti şərəfinə kolleksiya sikkəsi buraxıb. Bu, “Tarixi anlar” seriyasından doqquzuncu, “Amerika prezidentliyinin tarixi anları” kolleksiyasında isə 34-cü sikkədir.

Qeyd olunur ki, hər bir sikkə qızılı prezident möhürü olan məxmər təqdimat qutusuna qoyulacaq və üzərində nəşr nömrəsi olan sertifikat olacaq. Artıq 30 sentyabr 2022-ci il tarixindən etibarən çatdırılma ilə əvvəlcədən sifariş vermək mümkündür. Ukrayna və bütün NATO ölkələrinə çatdırılma pulsuzdur. Sikkənin özü isə 100 dollar dəyərindədir.

Həmçinin bildirilir ki, bu satışdan əldə edilən bütün gəlirin 20%-i Ağ Evin Hədiyyə dükanı vasitəsilə ukraynalı qadın və uşaqlara yönləndiriləcək.

Mənbə: UNİAN

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ayağını çölə çıxardaraq maşın sürən şəxs HƏBS EDİLDİ - VİDEO

SONRAKI XƏBƏR

Acun Ilıcalı ilk dəfə Nisanın birinci olmasından danışdı