“CNN”: Norveç Avropanı xilas etmək qərarına gəlib

“CNN”:  Norveç Avropanı xilas etmək qərarına gəlib<span class="qirmizi"></span>

Norveç işçilərin tətilini dayandırmaqla neft və qazsız qalan Avropanı xilas etməyə çalışır. Bu barədə “CNN Business” məlumat yayıb. Avropanın Rusiyadan sonra ikinci ən böyük enerji tədarükçüsü olan Norveçdə işçilərin tətili qaz qiymətlərini artırıb. Bu səbəbdən, ölkə hökuməti mübahisəni həll etmək üçün məsələyə müdaxilə etməli olub.

“Biz məcburi əmək haqqı arbitrajına müdaxilə etməzdən əvvəl adətən kifayət qədər təmkinli davranırıq. Bununla belə, elan edilən eskalasiyanın ciddi nəticələri məni müdaxilə etməyə məcbur etdi”, – Norveçin əmək naziri Marte Mjes Persen bildirib.

Nəşr qeyd edib ki, Avropa İttifaqı bütün gücü ilə Rusiyadan yanacaq asılılığını azaltmağa çalışır. Buna görə də Norveçdən tədarükün azalması Avropanın qaz anbarlarını doldurmaq planları üçün ciddi nəticələrə gətirib çıxara bilər.

 

Mənbə: azvision.az