Avro dollar qarşısında daha da ucuzlaşdı

Avro dollar qarşısında daha da ucuzlaşdı<span class="qirmizi"></span>

Artan enerji qiymətlərinin iqtisadiyyatlar üzərində "qara buludlar" yaratması və "təhlükəsiz sığınacaq" kimi qəbul edilən ABŞ dollarına tələbin artması ilə Avro dollar qarşısında ucuzlaşmağa davam edir və son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Dollar indeksi 2002-ci ildən bəri ən yüksək səviyyədədir.

Marja xəbər verir ki, Avropanın ortaq valyutası olan avro dollar qarşısında 0,9 faiz də ucuzlaşaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1,02-dən aşağı düşüb və 1.0162 dolları görüb (Bakı vaxtı ilə saat 18:44-ə olan məlumat). Avro da İsveçrə frankı qarşısında tarixi minimuma düşüb.

 

Dollar indeksi 0,4 faiz artaraq 107,02-yə çatıb ki, bu da 2002-ci ildən bəri ən yüksək səviyyədir.

Qlobal iqtisadi yavaşlama ərəfəsində ABŞ-da fyuçers indeksi müqavilələri və istiqraz gəlirləri də azalır.

Qlobal mərkəzi bankların yüksələn inflyasiyaya nəzarət etmək üçün həyata keçirdikləri sərt pul siyasətlərinə baxmayaraq, Çində Covid-19-a yoluxanların artması və Avropada kəskinləşən enerji böhranı qlobal iqtisadi artımın yavaşlayacağı gözləntilərini gücləndirir.

Bloomberg Economics-in proqnozlarına görə, gələn il ABŞ-da böhran ehtimalı 38% olaraq görünür.

Mənbə: marja.az