Bolqarıstan Rusiya səfirliyinin maaşlarına mane oldu

Bolqarıstan Rusiya səfirliyinin maaşlarına mane oldu<span class="qirmizi"></span>

 

Bolqarıstan birbaşa Aİ-nin sanksiyaları altında olan Rusiyadan 890 min dollar məbləğində olan pul transferinə mane olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilev bildirib.

Rusiya tərəfinin məlumatına görə, bu pul səfirlik işçilərinin maaşlarına getməli idi.

“Rusiya səfirliyinə transfer edilib, bu birbaşa Avropa Komissiyasının sanksiyalarına daxil olan vəsaitdir. Rusiya səfirliyi bu transferə görə sanksiyaların ləğvini xahiş edib və hazırda məsələ Avropa Komissiyası ilə razılaşdırılır… İddia olunur ki, bu, 890 min dollar məbləğində maaşlar üçün nəzərdə tutulmuş transferdir”, – Asen Vasilev bildirib.

Mənbə: www.cumhuriyyet.net