Rusiyanın “bazarını öldürən” QƏRAR: Səudiyyə Ərəbistanı güzəştli neft satışına başladı

Rusiyanın “bazarını öldürən” QƏRAR: Səudiyyə Ərəbistanı güzəştli neft satışına başladı<span class="qirmizi"></span>

 

Səudiyyə Ərəbistanı Rusiya ilə rəqabət kontekstində əlverişli şərtlər əsasında neft satışı təklifini irəli sürüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını bu addımı atmağa sövq edən başlıca səbəb Rusiyanın güzəştli şərtlərlə neft satışını artırmasıdır.

Məlumata görə, Səudiyyə Ərəbistanı “Arab Heavy” və “Arab Medium” markaları üçün 2014-cü ildən bu yana “Arab Light” markasına münasibətdə ən yüksək diskonta əsaslanan qiyməti müəyyənləşdirib.

Qeyd olunur ki, güzəştli şərtlərlə əsas alıcılar hesab olunan Çin və Hindistan Rusiyadan neft idxalını artırıblar.

Eyni zamanda, İran da Çindəki alıcılar uğrunda mübarizədə qalmaq üçün neftin qiymətini aşağı salmalı olub. Bu ölkələrlə yanaşı, Venesuela da neft satışında rekord məbləğdə endirim edib.

Bu ilin may ayında Çin ötən ilin həmin dövrü ilə müqayisədə Rusiyadan neft idxalını 55 faiz artırıb. Bununla da Rusiya Çinə ən çox neft satan ölkə statusuna malik olan Səudiyyə Ərəbistanını bu mövqedən sıxışdırıb. 2022-ci ilin yaz aylarında Çin ilə Hindistan Rusiyadan ümumikdə 24 milyard dollarlıq neft, qaz və kömür alıb.

www.yenicag.az

Mənbə: yenicag.az