ABŞ İranın neft sektoru ilə əlaqəli olan 13 şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ İranın neft sektoru ilə əlaqəli olan 13 şirkətə qarşı sanksiya tətbiq edib<span class="qirmizi"></span>

ABŞ İranın neft sektoru ilə əlaqəsi olan 13 şirkət, iki dəniz tankeri və iki fiziki şəxsə sanksiya tətbiq edir.

“Report”un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Birləşmiş Ərəb Əmirlikləri, Çin və Vyetnamda qeydiyyatdan keçmiş şirkətlər, Qabon və Panama bayraqları altında üzən neft tankerləri daxildir.

Sanksiyalar ABŞ yurisdiksiyasında aktivlərin bloklanmasını, ABŞ-dakı fiziki və hüquqi şəxslərin həmin şirkətlərlə əməliyyatların aparılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Mənbə: report.az