Ukrayna Luqanoda 1,9 milyard dollarlıq dəstək müqavilələri imzaladı

Ukrayna Luqanoda 1,9 milyard dollarlıq dəstək müqavilələri imzaladı<span class="qirmizi"></span>

Luqanoda ölkənin yenidən qurulmasına dair beynəlxalq konfransda Ukraynaya dəstək üçün təxminən 1,9 milyard dollarlıq sazişlər bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Ukraynanın baş naziri Denis Şmıxal bildirib.

"Demək olar ki, 1,9 milyard dollar. Məhz bu məbləğ üçün Luqanoda Ukraynaya dəstək üçün razılaşmalar əldə olunub", - o, Telegram kanalında yazıb.

O aydınlaşdırıb ki, 600 milyon dollar maliyyə dəstəyinə, 500 milyon dollardan çox isə kənd təsərrüfatı sektorunun inkişafına verilir. İstilik mövsümünə hazırlıq işlərinə 500 milyon dollardan çox, rəqəmsal transformasiya layihələrinin inkişafına isə 250 milyon dollara yaxın vəsaitin xərclənməsi planlaşdırılır.

İyulun 4-5-də Luqanoda keçirilən beynəlxalq konfransda Ukrayna hakimiyyəti ölkənin bərpası planını təqdim edib və bu planda 750 milyard dollar məbləğində vəsait xərclənməsi nəzərdə tutulub.Şmıxal işlərin miqyasını nəzərə alsaq, bu məbləğin çox da böyük olmadığını bildirib. .

Konfrans yeddi bənddən ibarət bəyannamənin qəbulu ilə başa çatıb. Sənəddə xüsusilə korrupsiyanın kökünün kəsilməsinin zəruriliyindən bəhs edilir, iqtisadiyyatın bərpası ilə Ukraynada islahatların “sürətləndirilməsi, dərinləşdirilməsi və genişləndirilməsi” prosesi arasında əlaqə vurğulanır. O, həmçinin Kiyevin “beynəlxalq tərəfdaşlarla” əlaqəsinin vacibliyini qeyd edir və bütün cəmiyyətin bərpa prosesinə cəlb edilməsi lazımdır.

 

Mənbə: www.unikal.org