Almaniyanın ən böyük hava limanı problemlə üz-üzə: İşçi çatışmır

Almaniyanın ən böyük hava limanı problemlə üz-üzə: İşçi çatışmır<span class="qirmizi"></span>

Almaniyanın ən işlək hava nəqliyyatı qovşağı olan Frankfurt aeroportu ciddi kadr çatışmazlığı səbəbindən yaxın aylarda fasilələrlə üzləşəcək.

Bununla bağlı çərşənbə axşamı “Fraport” hava limanı operatorunun baş icraçı direktoru Stefan Şulte xəbərdarlıq edib.

“Biz yeni işçilər işə götürsək də, bu, gələcəkdə problemin həllinə yardım etməyəcək. Mən bunu çox açıq şəkildə deyirəm”, - deyə Şulte bildirib.

O qeyd edib ki, işçi çatışmazlığı səbəbindən yaranan fasilələr yaxın iki-üç ay ərzində də davam edəcək. “Fraport” pandemiya zamanı təxminən 4000 işçini ixtisar etdikdən sonra artıq 1000-ə yaxın yeni işçi qəbul edib.

Şulte qeyd edib ki, hətta bir neçə yüz yeni işçi və ya xaricdən müvəqqəti işçi gətirilsə belə, problem həll olunmayacaq.

Federal Statistika İdarəsi çərşənbə günü ilkin məlumatlara istinadən bildirib ki, Almaniya hava limanlarında işçilərin sayı son yeddi ildə ən aşağı səviyyəyə düşüb.

Mənbə: www.oxu.az