Azərbaycan Rusiya müəssisələrinə idxal icazəsi verdi

Azərbaycan Rusiya müəssisələrinə idxal icazəsi verdi<span class="qirmizi"></span>

Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.

Axar.az məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.

Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.

Mənbə: axar.az