Dünya universitetlərinin reytinq cədvəlində universitetlərimizin  yüksək yer tutması mümkündürmü?

Dünya universitetlərinin reytinq cədvəlində universitetlərimizin  yüksək yer tutması mümkündürmü?<span class="qirmizi"></span>

Dosent İlham Əhmədov:

Son 7-8 ildə təhsil büdcəsinin 3 dəfə artmasına baxmayaraq universitetlərdə təhsil keyfiyyətinin yüksəlməsi üçün investisiya qoyulmadı. Nəticədə universitetlərin normal fəaliyyətinə şərait yaranmadı, müəllimlərə normal maaş verilmədi ( heç olmasa Türkiyə universitetləri səviyyəsində). Türkiyə universitetlərinin 90-cı illərdəki inkişafına burdan gedən alimlərin az dəstəyi olmamışdır. Maliyyələşmənin olmaması səbəbi ilə elm və təhsilin ineqrasiyası mümkün olmadı, universitetlərdə innovasiyalar yaradılmadı, elmi tədqiqatlar formal xarakter daşıdı. Qeyd edim ki, uzun müddət universitetlərimizin illik elmi tədqiqat büdcəsi 30-50 min manat civarında olmuşdur. Alimlərimiz xaricdəki konfranslara dəvət alsalar da, maliyyə səbəbi ilə orda iştirak edə bilmirdilər, beynəlxalq elmi əməkdaşlıq xeyli zəifləyirdi. Belə bir şəraitdə təbii ki, universitetlərimiz Avropa universitetləri səviyyəsinə heç cür yaxınlaşa bilməzdi, Reytinqlərdə mövqelərini yaxşılaşdıra bilməzdi.

Bu yaxınlarda mətbuatda ölkənin ən yaşlı universitetinin 2 onillik ərzində rektoru olmuş akademikin gözqamaşdırıcı sərvətlərinin siyahısı verilmişdi. O pulların çox hissəsi təbii ki, universitetin büdcəsindən mənimsəmələr idi. Təsəvvür edin, bu pullar universitetin inkişafına sərf edilsəydi, nə qədər inkişaf olardı, bu illər ərzində. Bəlkə də TOP-500 -də yer ala bilərdi bu universitet.

TN-yi, vergi orqanları, hesablama palatası v.s. 20 ildə bəs niyə bu universitetin büdcə xərclərinə nəzarət etməyib. İndi universitetlərə real dəstəyin olmadığı halda universitetlərdən tələb edilir ki, müəllimlər xaricdə impakt faktorlu jurnallarda məqalələr dərc etdirməklə reyninqlərdəki vəziyyətini bir az yaxşılaşdırsın. Qəribə düşüncədir. Heç illər ərzində 500 $ maaş alan alimlə 4000- 8000 $ maaş alan alimin işinin keyfiyyəti, məhsuldarlığı və nəticəliyi eyni ola bilərmi? TN-də 30 ildir belə düşündükləri üçün də universitetlərimiz 30 ildir bataqlıqdan çıxa bilmirlər. "Qənaət" edilən pullar isə yuxarıdakı qeyd edilən kimi təyinatdan yayılır.

Paralel.az

Mənbə: paralel.az