Taxıl korridoru ilə Ukraynadan ixrac edilən məhsulun həcmi açıqlandı

Taxıl korridoru ilə Ukraynadan ixrac edilən məhsulun həcmi açıqlandı<span class="qirmizi"></span>

Qlobal qida böhranının aradan qaldırılması üçün Türkiyənin koordinasiyası ilə Ukraynadan ixrac edilən taxılın həcmi bir həftədə 305 min 458 tona çatıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, taxıllar Ukrayna limanlarından 10 gəmi ilə təhlükəsiz şəkildə çıxarılıb.

Əldə edilən razılaşmaya əsasən Ukraynadan taxıl ilə dolu hərəkət edən gəmilər İstanbul boğazında Birgə Kordinasiya Mərkəzi tərəfindən yoxlanılara digər limanlara doğru yola çıxır.

 

Mənbə: baku.ws