Almaniya Ukraynaya 8 milyard avroluq yardım paketi ayrılacağına söz verib

Almaniya Ukraynaya Avropa İttifaqından (Aİ) 8 milyard avroluq makromaliyyə yardımının ayrılmasına kömək edəcəyinə söz verib.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Qeyd edək ki, D.Şmıqal Almaniyanın maliyyə naziri Kristian Lindnerlə onlayn görüş keçirib.

Almaniyalı nazir Ukraynaya makromaliyyə yardımı almaqda kömək edəcəyinə söz verib.

D.Şmıqal həmçinin xatırladıb ki, Almaniya müharibənin ilk günlərindən Ukraynaya böyük miqdarda maliyyə yardımı ayırıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Mixail Podolyak Rusiya-Ukrayna müharibəsinin hansı halda bitəcəyini açıqlayıb

SONRAKI XƏBƏR

Dünya çempionu polis tərəfindən güllələnərək ÖLDÜRÜLDÜ