Rusiya avropaya neft nəqlini DAYANDIRDI

Rusiyanın neft boru kəməri operatoru “Transneft” şirkəti Ukrayna üzərindən Avropaya neft nəqlinin dayandırıldığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Transneft”in açıqlamasında Rusiya neftini Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya daşıyan “Drujba” xəttinin cənub qolu üçün “Ukrtransnafta” şirkətinə əvvəlcədən ödəniş edilməsi lazım olduğu bildirilib.

Açıqlamada sözügedən çatdırılma xidməti üçün “Ukrtransnafta”ya qabaqcadan edilən son ödənişlərin “Transneft”ə qaytarıldığı bildirilib və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən ödənişlərin edilə bilməyəcəyi diqqətə çatdırılıb.

Şirkətin “Drujba” xəttinin digər qollarında daşımalar davam edir, Belarus üzərindən Polşa və Almaniyaya daşımalarda heç bir problem yoxdur.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

10 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI

SONRAKI XƏBƏR

ABŞ-da sığınacaq axtaranlar Meksikaya göndərilməyəcək