10 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI

Avqustun 9-da növbəti hərrac keçirilib. Hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Kommersant.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ilkin satış qiyməti 3 500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6 035 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sXJT9

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 16, 23, 30 avqust tarixində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılıb.

Kommersant.az

ƏVVƏLKİ XƏBƏR

Baş Prokurorluq iki şirkətə qarşlı cinayət işi açdı

SONRAKI XƏBƏR

Rusiya avropaya neft nəqlini DAYANDIRDI