Finlandiya elektrik enerjisi vergisini azaltmağı planlaşdırır

Finlandiya enerji böhranı zamanı qiymətləri normallaşdırmaq və istehlakçıları dəstəkləmək üçün elektrik enerjisi vergisini demək olar ki, iki dəfə azaltmaq niyyətindədir. Bu barədə ölkənin iqtisadi inkişaf naziri Mika Lintilya “Yle” telekanalının efirində bildirib.
Nazir hesab edir ki, belə sadə və effektiv tədbir mümkün qədər tez nəticə verəcək və istehlakçı hesablarına müsbət təsir edəcək: “Elektrik enerjisi üzrə istehlak vergisi indi onun ümumi dəyərinin 24%-ni təşkil edir, mən onu 14%-ə və ya 10%-ə endirməyi təklif edirəm”.

Lintilin fikrincə, elektrik enerjisinin qiymətinin qalxması probleminin həlli yaxın vaxtlarda tapılmalıdır ki, soyuq havaların başlaması ilə qiymətlər bu qədər yüksək olmasın. Artıq avqust ayında Finlandiya ənənəvi olaraq mövsümi şaxtalara və gündüz saatlarının azalmasına başlayır, bununla əlaqədar enerji istehlakında artım müşahidə olunur.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində - FOTOLAR

SONRAKI XƏBƏR

Prezident: "İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər"