Rusiya neftinin Ukraynadan tranziti dayandırıldı

Rusiya neftinin Ukraynadan tranziti dayandırıldı<span class="qirmizi"></span>

Rusiya neftinin "Drujba” kəməri vasitəsilə Ukrayna ərazisindən tranziti dayandırılıb.

Xeberle.com xəbər verir ki, bu barədə Rusiyanın "Transneft” şirkəti məlumat yayıb.

Bildirilib ki, kəmərin Belarus ərazisindən keçərək Polşa və Almaniyaya neft daşıyan Şimal qolu əvvəlki rejimdə işləyir.

Məlumata görə, "Transneft” və "Ukrtransneft” arasında imzalanmış uzunmüddətli saziş əsasında "Drujba” neft kəmərinin Cənub qolu vasitəsilə Ukrayna ərazisindən keçərək Macarıstan, Slovakiya və Çexiyaya neft tranzit edilirdi.

Qeyd edilib ki, "Ukrtransneft” Ukrayna ərazisindən neft tranzitini ödəniş edilməməsi səbəbindən dayandırıb. Rusiya tərəfi isə sanksiyalara görə tranzit ödənişlərini vaxtında həyata keçirə bilmədiyini elan edib.

"Transneft”dən bildiriblər ki, Ukrayna sanksiyalar səbəbindən iyulun 28-də neft tranziti üçün əvvəlcədən ödənilmiş məbləği şirkətin hesabına qaytarıb.

 

Mənbə: xeberle.com