Almaniyanın ən böyük krematoriyası qaza qənaət edir

Almaniyanın ən böyük krematoriyası qaza qənaət edir<span class="qirmizi"></span>

Almaniyada ən böyük Reyn-Taunus krematoriyası qaza qənaət etmək üçün 24 saat işləyir. Bu barədə Bild qəzeti məlumat yayıb. Müəssisə artıq kremasiya sobalarını söndürmür, ona görə də yenidən isitmə üçün yanacaq sərf etməyə ehtiyac yoxdur. Nəşrin izah etdiyi kimi, normal rejimdə sobalardakı daşlar qazla 800 dərəcə Selsi temperaturuna qədər qızdırılır. Avqustun əvvəlindən sobalar fasiləsiz olaraq yanır və isitmə üçün yanacaq sərf etməyə ehtiyac yoxdur.

Daşlar yanma prosesinin özündən enerji alır. Bu prosesi dəstəkləmək üçün krematoriya həftə sonları da daxil olmaqla gecə-gündüz işləyir.

Almaniyada 2021-ci ilin sonundan etibarən enerji qiymətləri artmaqdadır. Bu tendensiya Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından və Rusiyadan qaz nəqlinin azalmasından sonra güclənib.

 

Mənbə: azvision.az