Aİ ruslara viza qadağasını müzakirə edir

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən ruslara Şengen vizalarının verilməsinin dayandırılmasını müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

Onun sözlərinə görə, Almaniya hökumətinin hələlik bu məsələdə vahid mövqeyi yoxdur.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper iddia edib ki, Aİ-də əcnəbilərə qısamüddətli vizaların verilməsini qadağan edən vahid prosedur yoxdur.

 

Murad

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Putin Mali prezidenti ilə görüşdü

SONRAKI XƏBƏR

Cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır