Yaponiyadakı “Toyota” zavodunda koronavirusa görə istehsal dayandırıldı

“Toyota” Yaponiyadakı zavodlarından birində istehsalı dayandırmalı olub.

Buna koronavirusun yayılması səbəb olub.

Belə ki, avqustun 8-dən 9-na və 9-dan 10-na keçən gecə Tsutsumi zavodunun istehsal xətlərindən biri boş qalıb. İstehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib.

Nəticədə zavodda planlaşdırılandan təxminən 660 ədəd daha az avtomobil istehsal edilib.

Mənbə: motor.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Mavi əjdaha” VAHİMƏSİ: Sahildəkiləri qorxuya salan dəniz canlısı nədir? – VİDEO

SONRAKI XƏBƏR

Kanada XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik