Türkiyənin energetika naziri: “Rusiya qazının rublla alınmasına dair razılıq əldə olunub” - VİDEO

 

“Ankaranın Rusiya qazını rublla almasına dair razılıq əldə olunub”.

Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bəyan edib.

“Təbii qaz ödənişləri üçün rublla ticarət məsələsi liderlər arasında da öz təsdiqini tapdı. Hazırda biz tranzitin müəyyən hissəsinin türk lirəsi ilə ödənilməsi imkanlarını müzakirə edirik”, - deyə qurum rəhbəri bildirib.

O əlavə edib ki, çatdırılma qrafiki və alış qiymətləri yaxın günlərdə təsdiqlənəcək.

 

Mənbə: Anadolu Agentliyi

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir ölkə Rusiyanı terrorun sponsoru elan etdi

SONRAKI XƏBƏR

Tanınmış aparıcı "Xəzər TV"dən getdi - FOTO