Beyrutda silahlı şəxs bank işçilərini girov götürüb

Beyrutda silahlı şəxs Livan Federal Bankının beş əməkdaşını və bir müştərisini girov götürüb. Girovlar arasında bank filialının müdiri Hahasan Halavi də var.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, kişi bank tərəfindən dondurulmuş əmanətlərin ona qaytarılmasını tələb edir.

“O, bank hesabında olan təxminən 200.000 dollara giriş tələb edib. İşçi tələbi rədd edəndə qohumlarının xəstəxanada olduğunu qışqırmağa başlayıb. Sonra o, silah çıxararaq işşiləri girov götürüb”

Daxili İşlər Nazirliyi bir qocanın yaşına görə azad edildiyini və cinayətkarla danışıqlar apardığını bildirib.

2019-cu ildə maliyyə böhranı səbəbindən bir çox kommersiya bankları qeyri-rəsmi kapital nəzarəti vasitəsilə müştərilərin sabit valyutaya çıxışını dondurub.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiq edilib

SONRAKI XƏBƏR

Ombudsman Baş prokurorla görüşüb