Rayonlarda UN QITLIĞI yarandı - Bəs buna səbəb nədir?

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Vətəndaşların "Xəzər Xəbər"ə müraciətinin ardından əməkdaşlarımız şimal qərb bölgəsində, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında olublar. Məlum olub ki, bu rayonlarda son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Bəs buna səbəb nədir?

Press.az xəbər verir ki, şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir. Elə yaxınlaşdığımız ilk satıcı unun artıq bir həftə olar ki gəlmədiyindən şikayətləndi. Səbəb olaraq isə Şəkidə fəaliyyət göstərən dəyirmanın işləməməsini dedi.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.

Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də rastlaşdıq.

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.

 

 

Press.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur bloqer qətlə yetirildi

SONRAKI XƏBƏR

Maşınların baqajlarının yoxlanılması qanunidir? – VİDEO