Almaniya Ukraynanın bərpasını üçün beynəlxalq konfrans keçirəcək

Almaniya Ukraynanın bərpasını üçün beynəlxalq konfrans keçirəcək<span class="qirmizi"></span>

Almaniya Ukraynanın bərpasını müzakirə etmək üçün beynəlxalq konfrans keçirməyi planlaşdırır.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

Onun sözlərinə görə, planlar hələ təsdiqlənməyib, lakin mümkün tarix oktyabrın 25-i göstərilir.

Kansler Olaf Şolz daha əvvəl jurnalistlərə açıqlamasında Ukraynanın yenidən qurulması səyləri, İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın yenidən qurulmasına kömək edən Marşal Planından da böyük olacağını bildirmişdi.

Mənbə: www.unikal.org