KRIMDA MƏHV EDİLƏN TƏYYARƏLƏRİN DƏYƏRİ AÇIQLANDI - FOTO

Avqustun 9-da Krımda yerləşən Saki aerodromunda baş verən partlayışlar nəticəsində məhv edilən rus təyyarələrinin dəyəri açıqlanıb.

"AzPolitika.info" xəbər verir ki, ABŞ-ın "Forbes" jurnalı bu mövzuda apardığı hesablamalarla bağlı məqalə dərc edib.

Məqalədə qeyd olunub ki, partlayışdan əvvəl aerodromda olan təyyarələrin ümumi dəyəri 650-850 milyon dollar aralığında olub.

"Forbes" yazır ki, baş verən partlayışlar nəticəsində ən azı 11 təyyarə - 5 Su-30SM qırıcısı və 6 Su-24MR kəşfiyyat təyyarəsi məhv edilib. Saki aerodromundakı partlayışların Rusiyaya təxminən 300 milyon dollara başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Planet Lab" peyk şirkəti partlayışdan əvvəlki və sonrakı görüntüləri paylaşıb. Fotolarda çox sayda hərbi təyyarənin parça-parça olduğu aydın görünür.

Qərb mediasında ihadisəni Rusiya Hava Qüvvələrinə tək səfərdə vurulmuş ən böyük zərər olaraq şərh edilib.

Xatırladaq ki, Rusiya təyyarələrini parça-parça edən partlayışlar avqustun 9-da meydana gəlib. Aviabazanın rus turistlərin istirahət üçün ən çox üz tutduğu kurorlara yaxın olması turistləri də cıddi qorxudub. Ard-arda baş verən partlayışları eşidən turistlər özlərini itirərək naməlum istiqamətdə qaçmağa başlayıblar.

"AzPolitika.info"

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Deputatdan səhv dolu statusuna REAKSİYA – “Dil müəllimim məsələni ictimailəşdirən jurnalistin atası olub”

SONRAKI XƏBƏR

Xocavənddə tapılan erməni helikopterinin qalıqlarının yeni görüntüləri - VİDEO