Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Son bir neçə gün ərzində qeydə alınmış qiymət artımından sonra dünya bazarında qızıl korreksiya çərçivəsində cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18% ucuzlaşaraq 1 unsiyası 1 803,90 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,13% düşərək 1 unsiyası 20,323 ABŞ dolları təşkil edib.

ABŞ-da illik inflyasiya ilə bağlı açıqlanmış statistikaya görə, ölkədə inflyasiya səviyyəsi 9,1%-dən 8,5%-ə qədər zəifləyib. Bu statistikanın açıqlanmasından öncə qızıl inflyasiya hedci olaraq bahalaşırdı, hazırda isə zəif korreksiya davam edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib

SONRAKI XƏBƏR

Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərin 30 illiyi münasibətilə videoçarx hazırlanıb