Bu il abonentlərin 68 %-dən çoxu qazdan aşağı tariflə istifadə edib

Bu ilin yanvar-iyul ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 68,5 %-i, yəni 1 milyon 667 min 301 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 31,5 %-ini, yəni 767 min 470 abonent təşkil edir.

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

- 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,

- 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,

- 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının 2021-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.

Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir kubmetr üçün qiyməti 10 qəpik olub.

Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur.

Üçpilləli limitin ilkin pilləsi 1 200 kubmetr təyin olunub.

Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kubmetri 10 qəpikdən ödənilən illik limit 2 200 kubmetr idi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna rusların müasir anti-dron sistemini məhv etdi

SONRAKI XƏBƏR

“Azəriqaz” yeni abonentlərinin sayını açıqlayıb