Azərbaycanda SES-də elektrik enerjisinin istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 300 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 14 789 mln. kVt-saat təşkil edib (+2,9%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 13 586,8 mln. kVt-saat istilik (+0,9%), 1 146,8 mln. kVt-saat su elektrik (+33,8%) stansiyaların payına düşüb.

Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + VİDEO

SONRAKI XƏBƏR

“İnter” hücumçusunu icarəyə verdi