Ukrayna limanlarından indiyədək 450 min ton ərzaq məhsulu daşınıb

Ukrayna limanlarından indiyədək 450 min ton ərzaq məhsulu daşınıb<span class="qirmizi"></span>

Kənd təsərrüfatı məhsullarını yükləmək üçün Ukrayna limanlarına üz tutan ilk gəmi "Çornomorsk" limanından yola düşüb. AzVision.az
"Ukrinform"a istinadən xəbər verir ki, bu barədə İnfrastruktur Nazirliyi Facebook-da məlumat yayıb.

"Bu gün səhər saatlarında Barbados bayrağı altında üzən "Fulmar S" yükdaşıyıcısı Türkiyəyə yola düşüb. Gəmi "Thoe" yükdaşıyıcısı ilə karvana qoşulub", - deyə mesajda qeyd edilib.

Ümumilikdə, kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün icrası zamanı artıq 16 gəmi Ukrayna limanlarından çıxıb. Bu müddətdə ümumilikdə 450 min ton ərzaq məhsulu daşınıb.


 

Mənbə: azvision.az