Səudiyyə Ərəbistanı bütün viza növlərində ümrə ziyarətinə icazə verəcək

 

Səudiyyə Ərəbistanına turizm və səfər məqsədi ilə gedənlər ölkədə qaldırları müddətdə ümrə ziyarəti edə biləcəklər. AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi məlumat yayıb. Məlumatda bu qərarın Səudiyyə Ərəbistanının 2030-cu il hədəflərinə uyğun olaraq ümrə ziyarətinə gələnlərin prosedurlarının asanlaşdırılması çərçivəsində alındığı qeyd olunub.

Bəyanatda bildirilib ki, sözügedən qərar bütün xidmətlərin yüksək keyfiyyətlə təqdim edilməsi və ümmətin mədəni, dini təcrübəsinin zənginləşdirilməsi səylərinin bir hissəsidir.

Səudiyyə Ərəbistanının istənilən hava limanından viza ala bilən ölkə vətəndaşlarının, həmçinin pasportlarında giriş möhürü olan ABŞ, Böyük Britaniya və Şengen vizası sahiblərinin yalnız bir dəfə ümrə ziyarətini rahatlıqla yerinə yetirə biləcəkləri açıqlanıb.




 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

TikTok Azərbaycana niyə vergi ödəmir? - Ekspert açıqladı

SONRAKI XƏBƏR

İranda daha 55 nəfər koronavirusdan öldü