Bakı-Moskva təyyarəsində texniki problem yaranıb - YENİLƏNİB

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı.

Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər. AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.

***

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan karateçiləri İslamiadaya yollanıb

SONRAKI XƏBƏR

Çin yeni nizam quracaq, dünyanı sarsıdacaq