Vyetnam 58,7 milyard dollarlıq yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir

Vyetnam 58,7 milyard dollarlıq yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir<span class="qirmizi"></span>

Vyetnam 58,7 milyard dollara başa gələcək və bütün ölkəni əhatə edəcək yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Ölkənin Nəqliyyat Nazirliyi gələn ay Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna 1545 km dəmir yolunun tikintisi ilə bağlı təklif təqdim edəcək.

Regional istehsal mərkəzi olan Vyetnam sürətlə inkişaf edən iqtisadiyyatını dəstəkləmək üçün nəqliyyat infrastrukturuna investisiyaları artırır. Ümumi uzunluğu 665 km və ümumi sərmayəsi 24,72 milyard dollar olan ilk iki hissə 2032-ci ilə qədər nəqliyyat üçün açıq olacaq.

Mənbə: report.az