Qazaxıstan, Ermənistan və Qırğızıstan Rusiyaya elektronika tədarük etməkdən imtina edir...

Qazaxıstan, Ermənistan və Qırğızıstan Rusiyaya elektronika tədarük etməkdən imtina edir...<span class="qirmizi"></span>

Qazaxıstan, Ermənistan və Qırğızıstan Rusiyaya elektronika tədarük etməkdən imtina edir...

"Apple" və "Sumsung" smartfonlarının Rusiyaya tədarükü bu ilin əvvəlindən 90 faiz aşağı düşüb...

Hökumət tərəfindən işə salınan elektronikanın Rusiyaya paralel idxalı pozulmaq həddindədir.

Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan satıcılar tədarükdən mümkün qıtlığa görə imtina edir.

Moderator.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri distribütorlar və riteylərə istinadən məlumat yayıb.

Rusiyadan gedən texnika istehsalçıları Cənubi Qafqaz və Orta Asiya ölkələrinə tədarükü artırmayıb. Bu ölkələrdə elektronikaya tələb Rusiyanın onu öz bazarlarına çıxarmaq cəhdləri ucbatından kəskin şəkildə artıb.

Qazaxıstan, Ermənistan və Qırğızıstan anbarlarda olanları satıb, lakin indi Rusiyaya satmağa imtina edir, çünki daxili tələbatı təmin etmək zərurəti var.

"Dost" ölkələrdə Rusiya bazarları üçün lazım olan miqdarda elektronika yoxdur, bunu "Holodolnik.ru" saytının kommersiya direktoru Aleksey Poqudalov deyir.

Onun sözlərinə görə, ayrı-ayrı brendlər və ya məhsulları gətirməyin mənası yoxdur, çünki "Rusiyada qiymətlər faktiki olaraq alış üçün hədd xaricindədir. O, vurğulayıb ki, Avrasiysa İqtisadi İttifaqı ölkələrində yerli satıcılar özlərinə ziyan vuraraq işləməyəcəklər.

Ona görə də rusiyalılar ölkədə rəsmən satılacaq Türkiyə və Asiyadan olan naməlum markalara keçməli olacaq.

Bu ikinci dərəcəli texnika özünün xarakteristikasına görə bazar liderlərindən xeyli geridə qalır.

Bu ilin əvvəlindən "Apple" və "Sumsung" smartfonlarının Rusiyaya tədarükü 90 faiz aşağı düşüb.

Mənbə: moderator.az