Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev avqust ayının 19-da Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report"un xəbərinə görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

SONRAKI XƏBƏR

Dünya bazarında qiymətlər UCUZLAŞIR – Azərbaycana təsiri olacaqmı?