Bakıda Verona Avrasiya İqtisadi Forumu keçiriləcək

Bakıda Verona Avrasiya İqtisadi Forumu keçiriləcək<span class="qirmizi"></span>

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, tədbir 27-28 oktyabrda baş tutacaq.

"2022-ci ildə Böyük Avrasiyada biznes dialoquna yardım etmək üçün Azərbaycanın paytaxtında Avrasiya İqtisadi Forumu keçiriləcək. Bakının seçilməsi təsadüfi deyil. Azərbaycan özünün böyük ticarət və iqtisadi potensialı ilə mühüm və əhəmiyyətli beynəlxalq mövcudluğunu təsdiqləyir", - məlumatda deyilir.

 

Mənbənin sözlərinə görə, forum iştirakçıları dinamik dəyişən dünyada Azərbaycanın və onun artan iqtisadiyyatının perspektivləri və imkanları haqqında öz baxışlarını bölüşəcəklər.

Mənbə: news.day.az