Bakının Tbilisi prospektində təmir işləri aparılır

Bakının Yasamal rayonunun Tbilisi prospektinin Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində təmir işləri aparılır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan hissənin uzunluğu 1600 metrdir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çin Tayvana doğru hərəkətə keçdi - 30 təyyarə, qırıcı və 5 gəmi...

SONRAKI XƏBƏR

Ukrayna cari ilin dövlət büdcəsində müdafiə xərclərini artırıb