Ukrayna Rusiya AES-i qidalandıran 6 elektrik ötürücü qülləni partlatdı

Ukrayna Rusiya AES-i qidalandıran 6 elektrik ötürücü qülləni partlatdı<span class="qirmizi"></span>

Ukraynalı diversantlar Kursk AES-i enerji ilə təmin edən altı elektrik ötürücü qülləni partladıblar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Qüvvələrinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, elektrik ötürücü qüllələrin zədələnməsi AES-in istismarının texnoloji prosesində pozulmalara səbəb olub: Hazırda təhlükəsizlik əməkdaşları diversantların və onların mümkün şəriklərinin axtarışı ilə məşğuldur. "Terror aktı" maddəsi ilə cinayət işi başlanıb, AES obyektlərinin özləri gücləndirilmiş təhlükəsizlik rejiminə keçirilib".

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org